Bakı. Trend:
Hesablama Palatası 2026-cı ildə neft və qaz yataqlarındangözlənilən gəlirlərlə bağlı proqnozlarını təqdim edib.
Trend bu barədəHesablama Palatasına istinadən məlumat verir.
2026-cı ildə Azərbaycan Respublikasının payına düşənkarbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 5 030,0mln. ABŞ dolları və ya 8 551,0 mln. manat olması proqnozlaşdırılıbki, bu da 2024-cü il faktiki icra göstəricisindən 2 910,4 mln.manat və ya 25,4%, 2025-ci il proqnoz göstəricisindən 1 246,3 mln.manat və ya 12,7% azdır.
Dövlət Neft Fondunun 2026-cı il büdcə layihəsində Fonda mədaxilolunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən vəqazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakıyataqlardakı neft və qazın hasilatından Azərbaycan dövlətininpayına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınıb:
| Yatağın adı | 2026-cı il üzrə daxilolma | 2026-cı il üzrə hasilat (dövlətin payı) | |
Azəri-Çıraq-Günəşli | 4,236 milyard dollar | 68,3 milyon barrel | |
Şahdəniz yatağı | 532,6 milyon dollar | 5,4 milyon barrel | 4,8 milyard kubmetr |
Suraxanı və Qaraçuxur yataqları | $3,3 milyon dollar | 0,05 milyon barrel | |
Zığ-Hövsan yatağı | 1,6 milyon dollar | 0,03 milyon barrel | |
Kürsəngi və Qarabağlı yataqları | 0 | 0,12 milyon barrel | |
Neftçala və Xıllı | 0,8 milyon dollar | 0,02 milyon barrel | |
Mişovdağ və Kəlaməddin | 1,5 milyon dollar | 0,02 milyon barrel | |
Kürovdağ | 4,7 milyon dollar | 0,09 milyon barrel | |
Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı | 12,1 milyon dollar | 0,19 milyon barrel | |
Binəqədi blokuna daxil olan yataqlar üzrə | 8,5 milyon dollar | 0,19 milyon barrel | |
Qum-Dəniz və Bahar yataqları | 4,8 milyon dollar | 0,025 milyon barrel | 0,033 milyard kubmetr |
Abşeron JOCAP | 88,1 milyon dollar | 0,88 milyon barrel | 0,305 milyard kubmetr |
Razılaşma Protokoluna uyğun olaraq SOCAR tərəfindən ediləcəködənişlər | 136,2 milyon dollar | ||
Cəmi | 5,03 milyard dollar | 75,31 milyon barrel | 5,14 milyard kubmetr |
Azərbaycanın Energetika Nazirliyinin məlumatları göstərir ki,2025-ci ildə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon tonneft hasil edilib. Bu həcmin 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”(AÇG) yatağının, 3,8 milyon tonu “Şahdəniz” yatağının, 0,6 milyontonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payınadüşüb. Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyonton neft ixrac edilib.
Bundan savayı, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetrtəbii qaz hasil olunub. Bu həcmin 14,1 milyard kubmetri“Azəri-Çıraq-Günəşli” yatağının, 27,9 milyard kubmetri “Şahdəniz”yatağının, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyardkubmetri isə SOCAR-ın payına düşüb.
Eyni dövrdə ölkə 25,2 milyard kubmetr qaz ixrac edib: 12,8milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (ocümlədən 5,6 milyard kubmetri TANAP vasitəsilə), 2,3 milyardkubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyayagöndərilib.