Rusiya Silahlı Qüvvələri tərkibində müqavilə əsasında xidmət etmiş əcnəbi vətəndaşların başqa dövlətlərə ekstradisiyası qadağan edilə bilər.
NOCOMMENT.az xəbər verir ki, Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi bu əcnəbilərin cinayət təqibi üçün digər ölkələrə verilməməsini nəzərdə tutan qanun layihəsinin birinci oxunuşda qəbul edilməsini tövsiyə edib.
Qanun layihəsi 2025-ci ilin noyabrında Rusiya hökuməti tərəfindən təqdim olunub və Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur.
Bundan əlavə, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər təklif olunur. Yeni qaydalara əsasən, bu kateqoriyaya aid əcnəbilərə qarşı inzibati qaydada ölkədən çıxarılma tədbiri tətbiq olunmayacaq. Əvəzində, 50 min rubladək cərimə və ya 200 saata qədər ictimai işlərlə cəza verilə bilər. Həmçinin, onlara idman tədbirlərində iştirak qadağası bir ildən yeddi ilədək tətbiq oluna bilər.
Aliyə