AZ

“Beşiktaş”dan ayrılan futbolçu Braziliya klubunda

Türkiyənin “Beşiktaş” komandasından ayrılan braziliyalı futbolçu Qabriel Paulista karyerasını ölkəsində davam etdirəcək.

"Unikal" xəbər verir ki, 35 yaşlı müdafiəçi “Korintians”a keçib. Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Qabriel Paulista 2024-cü ildən “Beşiktaş”da çıxış edirdi.

Seçilən
10
unikal.az

1Mənbələr