AZ

Azəri-Çıraq-Günəşlidə hasilatla bağlı 2026-cı ilə olan proqnoz təqdim olunub

Bakı. Trend:

2026-cı ildə Azəri–Çıraq–Günəşli yatağında xam neft hasilatının120,1 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da hasilatınazalması nəticəsində 2025-ci ilin göstəricisi (123,0 mln. barel)ilə müqayisədə 3,0 mln. barel azdır.

Trend bu barədəHesablama Palatasına istinadən məlumat verir.

Azəri–Çıraq–Günəşli yatağı üzrə hasilatın pik səviyyəsi 2010-cuildə 303,0 mln. barel təşkil etmiş və həmin ildən etibarənhasilatda ardıcıl azalma müşahidə olunmuşdur. Təqdim olunanməlumatlara əsasən, 2026-cı ildə yataq üzrə hasilatın həcmi pikdövr (2010-cu il) ilə müqayisədə 183,0 mln. barel az olmaqla,təxminən 2,5 dəfə aşağı səviyyədə proqnozlaşdırılır.

Aşağdakı cədvəldə Azəri-Çıraq-Günəşli yatağı üzrə 2005-2024-cüil faktiki, 2025-2026-ci illər üzrə hasilat proqnozu təqdimolunub.

İlHasilat (milyon barrel)
200595
2006174
2007243
2008252
2009298
2010303
2011262
2012243
2013239
2014233
2015232
2016231
2017215
2018214
2019195
2020175
2021167
2022152
2023133
2024125
2025123
2026120

2026-cı il üzrə mənfəət neftinin və qazınınsatışındandaxilolmaların 5 030,0 mln. ABŞ dolları olması proqnozlaşdırılırki, AÇG yatağı üzrə dövlətinpayına düşən gəlirlərin həcmi 4 235,8mln. ABŞ dolları və ya ümumi daxilolmaların 84,2%-ni təşkiledəcəkdir.

Azəri-Çıraq-Dərinsulu Günəşli yatağı, Bakıdan təxminən 100 kmşərqdə yerləşən, Xəzərin Azərbaycan aid hissəsində ən iri neftyatağıdır.

Yaxın illərdə AÇG yatağında ümumi hasilat azalmasının illiksürətinin 3–5% səviyyəsində saxlanılması nəzərdə tutulur. Yataqdaümumilikdə hazırda fəaliyyətdə olan 160 quyular mövcuddur. Şirkətsu və qaz vurulması yolu ilə hasilatı artırmağa çalışır. Bundanəlavə, BP qabaqcıl texnologiyalardan istifadə etməklə yeni quyularqazmağa çalışır. Yatağın potensialı ən azı onilliklər ərzindəqorunub saxlanacaq.

bp-nin növbəti 5 ildə AÇG yatağında yeni texnologiyalarıntətbiqi üzrə pilot layihələrlə bağlı böyük planları var.

Bundan əlavə, bp, yenilənmiş emal üsulları və daha effektivməlumat toplama sxemləri sayəsində yataqda 4D-seysmik məlumatlarındəqiqliyini artırmağı planlaşdırır. Hər il AÇG-də ondan çox quyuqazılır ki, bu da böyük həcmdə dinamik məlumat axını təmin edir vəyeraltı dəyişikliklərin daha dəqiq monitorinqinin zəruriliyiniartırır.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr