AZ

Bakının bu küçəsinin piyadalaşdırılması yekunlaşır; avtomobillərə giriş qadağan olunub FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə İslam Səfərli küçəsində həyata keçirilən piyadalaşdırma layihəsi çərçivəsində mühüm dəyişikliklər nəzərdə tutulur. 

Avtosfer.az xəbər verir ki, layihəyə əsasən, küçəyə perpendikulyar olan yolların səki səviyyəsinə qaldırılması planlaşdırılır.

Bu yanaşmanın əsas məqsədi həmin ərazilərdə avtomobil sürücülərinə vizual və fiziki olaraq mesaj verməkdir ki, onlar artıq əsas hərəkət iştirakçısı deyil, piyada məkanına daxil olan qonaqdırlar. Eyni zamanda, piyadaların özlərini bu məkanda daha rahat, təhlükəsiz və üstün hiss etməsi hədəflənir.

Səki səviyyəsinə qaldırılan küçələr avtomobillərin sürətini avtomatik olaraq azaldır, yolayrıclarında riskləri minimuma endirir və piyadalar üçün fasiləsiz hərəkət imkanı yaradır. Bu cür həllər Avropa şəhərlərində geniş tətbiq olunur və şəhər mərkəzlərində həm təhlükəsizliyi, həm də urban mühiti yaxşılaşdıran effektiv üsul hesab edilir.

Qeyd olunur ki, layihə yalnız fiziki dəyişikliklərlə məhdudlaşmır. Məkanın ümumi dizaynı, vizual elementlər və örtük materialları da piyadayönümlü yanaşmaya uyğun seçilir. Nəticədə küçə təkcə nəqliyyat keçidi deyil, insanların vaxt keçirdiyi, ünsiyyət qurduğu və şəhər həyatının bir hissəsinə çevrilən məkana transformasiya olunur.

İslam Səfərli küçəsində tətbiq olunan bu modelin gələcəkdə Bakının digər mərkəzi ərazilərində də istifadə olunacağı istisna edilmir. Məqsəd isə şəhəri avtomobillər üçün deyil, insanlar üçün daha yaşana bilən etmək.

Eltac Zülfüqaroğlu

Oxunub 82

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
avtosfer.az

1Mənbələr