AZ

Uğurlarımızın əsasında bu yanaşma dayanır

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı.

Ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

– Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beş illik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz?

– Azərbaycanda həyata keçirilən media islahatlarının beş illik mərhələsinə nəzərə saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin hər birinin yerinə yetirilməsi istiqamətində sistemli addımlar atılıb, ölkənin media ekosisteminin müasirləşdirilməsi, yeni trendlərə uyğunlaşdırılması baxımından praktik nəticələr əldə olunub. Medianın inkişafının dəstəklənməsi, bu sahədə peşəkarlığın artırılması və rəqəmsallaşmanın stimullaşdırılması, eyni zamanda, cəmiyyət tərəfindən mediaya etimadın yüksəldilməsi islahatların mahiyyətini təşkil edən vacib amillərdir. Əldə olunmuş nailiyyətlərin əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması, cənab Prezidentin həm cəmiyyətin informasiya təminatında, həm də ictimai nəzarətin həyata keçirilməsində medianın fəaliyyətinə verdiyi daimi dəstək dayanır ki, bu da konkret nəticəyönümlü islahatların daha inamlı həyata keçirilməsi prosesində müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, medianın sağlamlaşması və müasirləşməsi tendensiyasının vacibliyini anlayan ölkənin media ictimaiyyətinin və cəmiyyətimizin islahatların davamlılığına konseptual yanaşması, həmrəyliyi bu illər ərzində görülmüş işlərə münasibətin göstəricisidir.

Seçilən
53
publika.az

1Mənbələr