AZ

“Yuxumda gördüm” demişdi, təyyarə qəzasında həlak oldu

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kolumbiyanın Boyaka inzibati bölgəsinin Paipa şəhərindən havaya qalxan və qısa müddət sonra yerə çırpılan kiçik təyyarədə, ölkənin ən məşhur ifaçılarından biri olan 35 yaşlı Yeison Jimenez də daxil olmaqla 6 nəfər həyatını itirib.

Sherg.az xəbər verir ki, konsert vermək üçün Medellin şəhərinə yollanan sənətçinin ölümü ölkədə böyük kədər doğurub. Məlumata görə, Jimenez xüsusi təyyarələrlə etdiyi bir çox səfərləri sosial şəbəkə hesablarında paylaşırdı.

Məlum olub ki, Yeison Jimenez qəzadan təxminən 20 gün əvvəl qatıldığı televiziya proqramında təyyarə qəzaları ilə bağlı bir neçə dəfə yuxu gördüyünü və narahat olduğunu bildirib.

Proqram zamanı yuxularından danışan sənətçi belə deyib:

“Üç dəfə yuxumda təyyarənin qəzaya uğradığını və pilotun yanına gedib təyyarəni geri çevirməsini istəməli olduğumu gördüm. Pilot mənə "Patron, yaxşı ki, bunu dedin, çünki nəsə yolunda getmirdi" dedi. Yuxularımdan birində isə öldüyümüzü və xəbərlərdə yer aldığımızı gördüm.”

1991-ci ildə Manzanares şəhərində anadan olan Yeison Jimenez “Aventurero”, “Vete” və “Mi venganza” kimi hit mahnıları ilə son illərin ən populyar və ən çox dinlənilən kolumbiyalı sənətçiləri sırasında yer alırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
sherg.az

1Mənbələr