AZ

“Mançester Yunayted” 44 il idi belə aqibətlə üzləşmirdi – ARENA.AZ

2025/26 mövsümündə də qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Mançester Yunayted” 44 ildən sonra antirekordunu təkrarlayıb.

Arena.az bu barədə “Opta Sport”a istinadən xəbər verir.

Bu, “qırmızı-şeytanlar”ın İngiltərə Kubokunda “Brayton”a uduzması (1:2) nəticəsində reallaşıb.

Sözügedən komanda 1981/1982-ci illər mövsümündən sonra ilk dəfə həm İngiltərə Liqa Kubokunda, həm də İngiltərə Kubokunun birinci turunda mübarizəni dayandırıb.

Xatırladaq ki, “Mançester Yunayted” daha əvvəl İngiltərə Liqa Kubokunda “Qrimsbi Taun”a əsas vaxtı 2:2 bitmiş görüşün penaltilər seriyasında (11:12) məğlub olmuşdu.

Bir müddət öncə baş məşqçisi Ruben Amorimi istefaya göndərmiş, hazırda yeni baş məşqçi axtarışında olan Mançester klubu 21 oyuna topladığı 32 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 7-ci sırada qərarlaşıb. “Qırmızı şeytanlar” 8 qələbə, 8 heç-heçə və 5 məğlubiyyət görüblər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
67
17
arena.az

10Mənbələr