525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İranın bir çox şəhərində etirazçıların hərəkətlərinə qarşı hökumətyönlü nümayişlər keçirilib.
525.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Qeyd olunub ki, etirazlar Tehran, Bircənd, Zahidan, Zəncan, İlam, Kirman, Qum, Rəşt, Həmədan və Şəhri-Kord şəhərlərində keçirilib. Məlumatda vurğulanıb ki, onlar hakimiyyəti dəstəkləyən şüarlar səsləndirib və “iğtişaşçıların törətdiyi son terror aktlarını qınayıblar.
Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran hakimiyyəti ABŞ və İsrailin “iğtişaşçıların terror aktlarında” iştirakını sübut edən sənədlərə malikdir.
29 dekabrda tacirlər İran rialının dəyərinin kəskin şəkildə düşməsi səbəbindən Tehranda etirazlara başlayıblar. 30 dekabrda tələbələr etirazlara qoşulublar. Daha sonrra etirazlar genişlənərək böyük şəhərlərə yayılıb.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.