Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Honkonqdakı baş konsulu TASS agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Honkonq yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş sanksiyalara əməl edir və ayrı-ayrı dövlətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirləri hüquqi əsas kimi qəbul etmir.
Baş konsul vurğulayıb ki, bu mövqe Honkonqun beynəlxalq hüquqa və azad ticarət prinsiplərinə sadiqliyindən irəli gəlir. O bildirib ki, Honkonq biznes və maliyyə mərkəzi kimi fəaliyyət göstərdiyi üçün siyasi motivli iqtisadi məhdudiyyətlərdən uzaq durmağa çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31