Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Məlum olduğu kimi, 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənmədikdən sonra ölkə daxilində də Avropa Məhkəməsi təyin etdiyi kompensasiyaların ödənilməsində problemlər yaranıb. Bunu təkcə kompensasiya almalı olan şikayətçilər demir, rəsmilər də etiraf edirlər.
Onlar Avropa Şurasının bir strukturu olan Parlament Assambleyasının iclaslarına qatılmadıqlarına, Avropa Məhkəməsi hakimlərinin seçimlərində iştirak etmədiklərinə görə qərarlarını da icra etmədiklərini də bildirirlər.
Gununsesi.info xəbər verir ki, son iki il ərzində Avropa Məhkəməsinin qərar çıxardığı ərizəçilərdən biri də Milli Məclisin üzvü Elşad Musayevdir.
Deputatla bağlı qərar 2024-cü il aprelin 11-də verilib.
Elşad Musayev bundan əvvəlki – 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkiləri zamanı seçki hüququnun pozulmasından Avropa Məhkəməsinə şikayət etmişdi. Şikayət Avropa Məhkəməsində araşdırılarkən hökumət pozuntunu etiraf etmiş və tərəflər arasında barışıq olmuşdu.
Razılaşmaya əsasən, hökumət şikayətçiyə bu pozuntuya görə həm də 4500 avro kompensasiya ödəməli idi. Avropa Məhkəməsi 11 aprel 2024-cü il tarixli qərarında bu razılaşmanı təsdiqləmişdi.
Sözügedən qərarla Müsavat partiyasının keçmiş üzvü, tarixçi Yadigar Sadıqlı, hüquq müdafiəçisi Fikrət Cəfərli, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev də daxil olmaqla, ümumilikdə 15 nəfərin seçki hüququnun pozulması və onların hər birinə 4500 avro kompensasiya ödənişi ilə bağlı razılaşma təsdiqlənib.
Kompensasiyanın deputata ödənilib-ödənilmədiyi bilmək üçün deputatla əlaqə saxladıq. \
O, sualımıza bu cür cavab verdi:
“Həmin kompensasiya mənə ödənilməyib”.
Elmar
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.