Rusiyanın Saratov vilayətinin Balakovo şəhərindəki bir mənzildə altı nəfərin meyiti tapılıb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, ev sahibləri cavab vermədiyindən xilasedicilər Akademika Juk küçəsindəki mənzilin qapısını sındırmaq məcburiyyətində qalıblar.
Mənzildən ikisi uşaq olmaqla altı nəfərin meyiti aşkarlanıb. Onların arasında 45 yaşlı qadın, 50 yaşlı kişi, doqquz və dörd yaşlı iki azyaşlı oğlan uşağı olub.
Ölümə ilkin səbəb kimi dəm qazından zəhərlənmə göstərilib.
İki və ya daha çox insanın səhlənkarlıqdan ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.