AZ

Çin Latın Amerikası ölkələrini dəstəkləyib

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq keçirdiyi brifinqdə ABŞ-nin Venesuela neftinin ixracına nəzarət etmək istəyinə belə münasibət bildirib. “Latın Amerikası ölkələri müstəqil dövlətlər kimi ticarət tərfdaşlarını seçmək hüquqlarını özlərində saxlayırlar”, - Mao Ninq vurğulayıb.

Tramp: “ABŞ bir gündə 4 milyard dollar qazanıb”

Xatırladaq ki, bir neçə gün əvvəl Amerika lideri Donald Tramp ABŞ-nin Maliyyə nazirliyinin hesablarında saxlanılan Venesuela neft gəlirlərinin dondurulmasını, müsadirəsini və ya geri alınmasını bloklayan sərəncam imzalayıb. Sərəncam xüsusi icazə olmadan bu vəsaitlərlə hər hansı əməliyyatı qadağan edir.Sərəncam Venesuela prezidenti Nikolas Maduronun devrilməsindən sonra ölkənin neft ehtiyatları üzərində ABŞ-ın nəzarətini gücləndirməyə yönəlmiş bir sıra tədbirlər fonunda verilib. Bu sənəd ABŞ-nin nəzarəti altında neft hasilatını və ixracını bərpa etməyi planlaşdırır. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
azvision.az

1Mənbələr