AZ

Əraqçi: Biz həm müharibəyə, həm də danışıqlara hazırıq!

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi həm müharibəyə, həm də qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazırdır.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Əraqçi Tehranda akkreditə olunmuş xarici səfirlər və diplomatik nümayəndəliklərin rəhbərləri qarşısında çıxış edib. O, çıxışında ölkədə baş verən küçə etirazları ilə bağlı mövqeyini açıqlayıb.

Nazirin sözlərinə görə, etirazlar ilkin mərhələdə dinc xarakter daşısa da, sonradan zorakılıqla müşayiət olunub. Əraqçi bu proseslərə xarici qüvvələrin müdaxilə etdiyini iddia edib.

Əraqçi bildirib ki, ABŞ və İsrailin İranda baş verən son terror aktlarında iştirakını sübut edən çoxsaylı sənəd və dəlillərə malikdirlər.

“Qərb ölkələri terrorçuları qınamaq əvəzinə, polis qüvvələrimizi ittiham edirlər”, – deyə nazir vurğulayıb. O əlavə edib ki, bu ölkələr Qəzzada 70 mindən çox insanın öldürülməsini, eləcə də ABŞ və İsrail tərəfindən mindən artıq İran vətəndaşının həyatını itirməsini qınamayıb, lakin bu gün İranda fəaliyyət göstərən terror qruplarına dəstək verirlər.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
icma.az

1Mənbələr