AZ

Surenyants: Türkiyə artıq bölgədə Qərbin tərəfdaşıdır

Türkiyənin xarici işlər naziri Hakan Fidanın TRT HABER-ə verdiyi son müsahibə səsləndirilən fikirlərin yeniliyindən çox, onların açıq və gizli məzmunu ilə diqqət çəkir. Bu barədə erməni politoloq Suren Surenyants bildirib.

Surenyantsin sözlərinə görə, Fidan əslində indiyədək analitik dairələrdə müzakirə olunan reallıqları ictimailəşdirib. Onun fikrincə, Cənubi Qafqazda formalaşan model hərtərəfli və balanslaşdırılmış sülh sistemi deyil, rolların əvvəlcədən bölüşdürüldüyü güc razılaşmalarının iyerarxik strukturudur.

Politoloq qeyd edib ki, Fidanın ABŞ-ın “Azərbaycana əhəmiyyət verdiyi və Ermənistanı sülhə təşviq etdiyi” barədə açıqlaması diplomatik dildə subyekt–obyekt münasibətlərinin açıq ifadəsidir. Bu yanaşmada sülh təşviqi bərabər vasitəçilik deyil, uduzan tərəfə yönəlmiş məcburi gündəm kimi təqdim olunur. Eyni zamanda, Azərbaycanın “əhəmiyyəti” Vaşinqtonun onu strateji razılaşmaların qurulduğu əsas regional aktor kimi gördüyünü göstərir.
Surenyants bildirib ki, bu yanaşma xüsusilə 8 avqustda Vaşinqtonda baş verən proseslər fonunda daha aydın görünür.

Onun sözlərinə görə, Fidanın açıqlamalarından belə çıxır ki, sözügedən gündəm Ermənistan–ABŞ əməkdaşlığının nəticəsi kimi deyil, ABŞ–Azərbaycan siyasi sövdələşməsi kimi təqdim olunur və bu prosesdə Ermənistana danışıqlar aparan tərəf deyil, icraçı rol verilir. Türkiyə isə bu prosesdə sadəcə müşahidəçi yox, maraqlı və cəlb olunmuş tərəf kimi çıxış edir.

Politoloq Fidanın Türkiyənin regional məqsədlərinin ABŞ prezidenti Donald Trampın Rusiya, Ermənistan–Azərbaycan münasibətləri, Suriya və digər istiqamətlərdəki siyasi hədəfləri ilə üst-üstə düşməsi barədə fikirlərini də xüsusi vurğulayıb.

Seçilən
11
veteninfo.az

1Mənbələr