Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İran daxilində artan etirazlar fonunda jurnalistlərin suallarını cavablandırıb.Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ İran məsələsində hərbi seçimlər də daxil olmaqla güclü reaksiyaları qiymətləndirir və ölkə rəhbərliyi ilə diplomatik əlaqələri davam etdirir. O qeyd edib ki, ordunun mümkün variantları nəzərdən keçirdiyini, hər saat məlumat aldığını və yaxın zamanda qərar veriləcəyini bildirib.Prezident həmçinin qeyd edib ki, İran liderləri ABŞ ilə görüşmək üçün əlaqə saxlayıb. O, bildirib ki, baş verən hadisələr səbəbindən görüşdən əvvəl hərəkətə keçmək lazım ola bilər, lakin diplomatik kanallar açıqdır və danışıqlar üçün görüşlər planlaşdırılır. Onun sözlərinə görə, İranın ABŞ tərəfindən təzyiqlərdən yorulduğu və məsələləri diplomatik yolla həll etmək istədiyi müşahidə edilir.ABŞ-ın “Wall Street Journal” nəşri məlumat verib ki, Tramp sabah İran məsələsini müzakirə etmək üçün yüksək səviyyəli müşavirləri ilə görüşəcək. Müzakirə masasında hərbi əməliyyatlar, gizli kiber hücumlar, iqtisadi sanksiyaların genişləndirilməsi və hökumət əleyhinə fəaliyyət göstərən qruplara onlayn dəstək kimi variantlar nəzərdən keçirilir.Trampın açıqlamaları İran daxilindəki etirazların və ABŞ-ın mümkün hərbi və diplomatik reaksiyalarının geosiyasi risklərini artırdığı bir dövrdə verilib. Hazırda ABŞ və İran arasındakı hərbi və kiber əməliyyatların həyata keçirilib-keçirilməyəcəyi barədə rəsmi qərar verilməyib.Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.