AZ

"İran müharibəyə tam hazırdır" - Abbas Əraqçı

"İran İslam Respublikası müharibə axtarmır, lakin müharibəyə tam hazırdır".

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda xarici səfirlərin konfransında çıxışı zamanı deyib.

"Biz də danışıqlara hazırıq, amma bu danışıqlar ədalətli, bərabər hüquqlu və qarşılıqlı hörmətə əsaslanmalıdır", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, İran ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyat keçirəcəyi təqdirdə İsrail və Amerikanın Yaxın Şərqdəki hərbi maraqlarına zərbə endirəcəyini bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr