AZ

Neft tankerləri adlarını və bayrağı NİYƏ DƏYİŞİRLƏR?

S&P Global Market Intelligence məlumatlarına görə, ötən ilin son üç ayı ərzində 25 tanker öz bayrağını Rusiya bayrağı ilə əvəzləyib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat verən "The Wall Street Journal" yazır ki, bu gəmilərdən 18-i bayraq dəyişikliyini dekabr ayında həyata keçirib.

Nəşr dəqiqləşdirir ki, sözügedən tankerlərin 16-sı Böyük Britaniya və ya ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar altındadır. S&P ekspertləri qeyd edirlər ki, reysin ortasında bayraq dəyişdirilməsinin beynəlxalq dəniz hüququ baxımından qanuniliyi “hələ də aydın deyil”.

WSJ-nin yazdığına görə, bayraq dəyişiklikləri Venesuela, İran və Rusiyadan neft daşıyan tanker donanmasının təkamülündə “növbəti mərhələni” ifadə edir. Bu gəmilərin operatorları daşınan yükün mənşəyini gizlətmək üçün müxtəlif üsullardan istifadə edirlər. Qəzetin iddiasına əsasən, onlar tanker adlarını dəyişir, eləcə də “koordinatların saxtalaşdırılması” ilə məşğul olurlar.

Yanvarın 7-də ABŞ beynəlxalq sularda Rusiyaya məxsus “Marinera” neft tankerini saxlayıb. Amerika hakimiyyətinin bildirdiyinə görə, gəmi sanksiyalardan yan keçməklə İrandan və Venesueladan neft daşıyırmış. Rusiya Nəqliyyat Nazirliyi isə tankerə 2025-ci ilin dekabrında Rusiya bayrağı altında üzmək üçün icazə verildiyini bəyan edib.

Seçilən
16
ikisahil.az

1Mənbələr