Macarıstanın enerji sistemi bu qış çökməyib, Qərbi Avropa ölkələri isə çətin hava şəraitinə hazır deyildi.
HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
"Macarıstan bu qeyri-adi hava şəraitində fəaliyyətini davam etdirir", deyə Peter Siyarto "Həqiqət Saatı" proqramında bildirib.
O, qeyd edib ki, hava şəraiti Qərbi Avropanın əhəmiyyətli bir hissəsini diz çökdürüb. Nazir əlavə edib ki, Macarıstan hakimiyyəti hava limanlarının bağlanması da daxil olmaqla, heç bir nəqliyyat məhdudiyyəti tətbiq etmək məcburiyyətində qalmayıb.
O, həmçinin qeyd edib ki, səhiyyə və təhsil sistemləri normal rejimdə fəaliyyət göstərir.
Samir