AZ

Kəmaləddin Heydərov Fələstinin ölkəmizdəki səfiri ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qonağı səmimi salamlayan nazir K.Heydərov Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verən K.Heydərov, ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstin Dövlətinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində məhsuldar keçdiyini vurğulayıb.

Seçilən
55
17
publika.az

10Mənbələr