AZ

Nigeriyada baş verən dəhşətli qəzada 12 nəfər ölüb

Nigeriyada baş verən dəhşətli qəzada 12 nəfər ölüb

Nigeriyanın paytaxtı Abuja yaxınlığında nəzarəti itirmiş bir yük maşını parkinqdə dayanan avtomobillərə çırpılıb və 12 nəfər ölüb.

Nigeriya Milli Yol Təhlükəsizliyi Agentliyinin (FRSC) açıqlamasına görə, dünən yerli vaxtla saat 11:45-də Abuja-Lokoja yolunun Gada Biyu hissəsində sürücüsünün nəzarəti itirdiyi bildirilən kömürlə dolu yük maşını parkinqdəki 3 avtomobilə çarpıb. Nəticədə 12 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar müalicə üçün xəstəxanaya çatdırılıb.

Rəsmi şəxslər bildiriblər ki, qəzanın səbəbi sürücünün yüksək sürətlə hərəkət etməsi olub.

Seçilən
18
afn.az

1Mənbələr