AZ

Müharibəyə də, dialoqa da hazırıq

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın hərbi müdaxilə təhdidinə reaksiya verib.

Publika.az "Al Jazeera"-yə istinadən xəbər verir ki, Əraqçi İranın həm müharibəyə, həm də dialoqa hazır olduğunu bəyan edib.

"Donald Trampın Tehrana hərbi müdaxilə ilə bağlı xəbərdarlığı xarici müdaxiləni dəvət etmək üçün etirazçıları və təhlükəsizlik qüvvələrini hədəf alan "terrorçuların" motivasiyasından qaynaqlanır. Onun administrasiyası İran müxalifət liderləri ilə əlaqə saxlayır. Biz müharibəyə də, dialoqa da hazırıq", - deyə iranlı nazir bildirib.

Seçilən
47
publika.az

1Mənbələr