ABŞ Prezidenti Donald Tramp İrana Amerika qoşunları göndərməyi düşünmür. CNN bu barədə məlumat verib.
Kanala görə, adı açıqlanmayan ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ-ın İrandakı quru əməliyyatları Amerika liderinin nəzərdən keçirdiyi variantlar arasında deyil.
Bununla belə, Ağ Evdə Tehrana qarşı güc tətbiq etmək üçün bir neçə variant müzakirə olunur, lakin Vaşinqton İslam Respublikasına qarşı potensial hücumların, xüsusən də ölkə əhalisini toplamaqla və ya İranın hərbi cavabına səbəb olmaqla əks təsir göstərə biləcəyindən narahatdır.
Əziz MUSTAFA