ABŞ prezidenti Donald Tramp yanvarın 13-də hökumət üzvləri ilə görüş keçirərək İrana qarşı mümkün tədbirləri, o cümlədən hərbi zərbələr, kiberhücumlar və yeni sanksiyaları müzakirə edəcək.
Ölkə.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən yazıb.
Nəşrin yazdığına görə, görüşə dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn dəvət olunub. Onların Trampa İrandakı iğtişaşlara cavab vermək üçün variantlar, o cümlədən həmin ölkədəki hədəflərə zərbə endirmək imkanı təqdim etmələri gözlənilir.
"Wall Street Journal" nəşrinin qeyd etdiyi kimi, Pentaqon hələlik potensial zərbələrə hazırlıq məqsədilə İran sərhədlərinə əlavə qüvvələr yerləşdirməyib.
Mənbələrə görə, ABŞ həmçinin mülki və hərbi hədəflərə kiberhücumlar etməyi, İran əleyhinə əlavə sanksiyalar tətbiq etməyi və ölkədə internetin kəsilməsi səbəbindən iğtişaşlarda iştirak edənlər arasında rabitəni qorumaq üçün Starlink terminallarını yerləşdirməyi nəzərdən keçirir.
Nəşr yazıb ki, bu görüş ABŞ administrasiyasının nümayəndələrinin İranla bağlı mümkün hərəkət istiqamətlərini müzakirə etmək üçün ilk rəsmi görüşü olacaq.
Mürtəza