
İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərə İrana hücum ehtimalı ilə bağlı mətbuata danışmamağı tapşırıb.
Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “KAN” dövlət televiziyası məlumat yayıb.
İrandakı hadisələri yaxından izlədiklərini bildirən Netanyahu kabinet üzvlərini İrana qarşı daha çox hücum ehtimalı ilə bağlı açıqlamalar verməməyə və ya mətbuatla məlumat paylaşmamağa çağırıb.
Bildirilib ki, Təl-Əviv administrasiyası İranda zorakılığa çevrilən etirazlarla bağlı vəziyyəti izləməyə və qiymətləndirməyə davam edir və Netanyahu hökuməti hadisələrin İran rejiminin qeyri-sabitliyində dönüş nöqtəsinə yaxınlaşdığına inanır.
Baş nazir Netanyahunun susmaq barədə xəbərdarlıqlarına baxmayaraq, İranda tez-tez rejim dəyişikliyinə çağıran İsrailin İnnovasiya, Elm və Texnologiya naziri Gila Qamliel ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlarla bağlı açıqlamalarını özünün “X” sosial media hesabında paylaşıb.
Qamlielin devrilmiş İran şahının sürgündəki oğlu Rza Pəhləvi ilə yaxın əlaqələri olduğu bilinir. Pəhləvi və Qamliel ötən ilin sonunda və bu ay üç dəfə görüşüblər.
Qeyd olunub ki, Pəhləvi həmçinin 2023-cü ildə Qamlielin dəvəti ilə Holokost anım tədbirlərinə qatılmaq üçün İsrailə səfər edib.
Daşqın HəsənovMissiya.Az