Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bir zamanların populyar televiziya siması Nəsimi Nəbizadə indi də populyardı. Amma necə? Yadıma bir şey düşdü. Şair dostumuz Həsən Kür intihara cəhd edərkən onun adını Feysbukun axtarış yerinə yazanda adının altında türkcə bu sözlər yazılmışdı: “Şimdi popüler”. Yəni indi populyar…
Nəsimi Nəbizadə də indi populyardır. Telejurnalist kimi yox, aludə, qaçaq sözləri ilə asossiasiya olunan anlayışlarla populyar. Nə etməli? Əlim qələm tutandan yaşdaşlarının, həmkarlarının onun haqqında giley-güzarını eşitmişəm. Qarşısını almaqsa, görünür, mümkün olmayıb. Narkotik aslılığı Nəsiminin səsini, təravətini, zehnini öləziləşdirsə də, indi daha deyinməyin mənası yoxdur. Təbii, heç kim sığortalanmayıb. Amma, ən azı, kaş belə olmazdı demək haqqımız var. Bu belə.
Son illər pis vərdişlərdən xilas olmaqla bağlı adını tez-tez eşitdiyimiz realibitasiya mərkəzləri barədə gəzən söz-söhbətləri eşidəndə bir anlıq düşünürəm: əgər, həqiqətən, kimsə sağalıb cəmiyyətə qayıda bilirsə, çox yaxşı. Belə adamlar da var. Amma yox, bu işlərin arxasında başqa şeylər dayanırsa, onda qorxmaq lazımdır. Bəziləri həmin mərkəzlərdə xüsusi işgəncələrdən danışır, bəhrə verməyən proseslərdən söhbət açır, bəziləri isə sözügedən yerlərin rəhbərlərinin narkotik aludəçisi olduğu deyirlər. Hər halda, şübhə varsa, gərək o mərkəzlərə nəzarət sistemi yaradılsın və insanların təhlükəsizliyinə zəmanət verilsin. Yaxud həmin mərkəzlərdəki prosedurlara tibbi nəzarətin də zəruri olmadığını heç kim inkar edə bilməz.
Əsas sual: hüquq-mühafizə orqanlarının oradakı sistemdən xəbəri varmı? Nəzarət olunmurmu?
Digər düşündürücü məqam: həmin mərkəzlərin tibbi şəhadətnaməsi varmı? Səhiyyə ilə bağlı aidiyyəti qurumların tibbi gedişata nəzarəti təmin oluna bilərmi?
Yaxud dövlət tabeliyindəki realibitasiya mərkəzlərinin sayını artırıb, infrasturukturunu yüksək səviyyədə təmin edib bu kortəbii və peşəkarlıq səviyyəsi məlum olmayan mərkəzləri bağlamaqmı lazımdı? Bilmirəm... Bilirsiniz, niyə konkret söz demək mümkün deyil? Çünki əməl gözəldi, icraat müəmmalı. Hansısa pis vərdişi olan şəxsi yenidən həyata qaytarmaq yaxşıdı, amma necə və niyə? Bu sualların cavabını kim dürüst verə bilərsə, bu işlə məşğulluğuna bir söz demək olmaz...
Nəsimi Nəbizadənin qayıtmadığı “Qurtuluş” Realibitasiya Mərkəzinin Tiktok, reklam, canlı yayım, “ekranı tıklayın” canfəşanlığını da normal qəbul etmək lazımdır. Kim eləmir? Hamı bu dəqiqə marketinq xətrinə nə desən edir. Sadəcə adama pis təsir edən Nəsiminin, Ceyhun Əsgərovun bu reklamda bir obraza çevrilməyidir.
Nəsimi Nəbizadənin və “Qurtuluş”un addımlarını gündəmə xəbərə çevirmək... Nə qədər fikirləşirsən, bir yerə çıxa bilmirsən. Birincisi, Nəsimi Nəbizadənin onsuz da korlanan reputasiyasını bir az da baltalamaq ayıbdır. Bu adamı dilə-dişə salıb “qaçdı”, “itdi” sözləri ilə daha biabır edib yeri gəldi-gəlmədi paylaşmağa, “Nəsimiiiii qayıttt” çağırışları ilə car çəkməyə qətiyyən ehtiyac yoxdu.
İkincisi, niyə imkan vermirsiniz ki, insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər? Süni şəkildə insanların həyatını yönləndirmək istəyi, yumşaq desək, ədəbsizlikdi. Sosial şəbəkələrə girmək mümkün deyil. Allahın verən günü yığışıb gedirlər Nəsiminin qapısına. Alik Əlioğlu yaxşı yazmışdı: “Deyir, indi Nəsimi Nəbizadənin qardaşının evinin qarşısındayıq. Ekranı tıklayın. Mən ayıq başnan o adamların yanında 1 saat qala bilməzdim. Nəsimi, bacardığın qədər uzağa qaç”.
Azərbaycanda tanımadığımız nə qədər adam bu illətdən əziyyət çəkir. Əksəriyyətinin yaxın ətrafı həmin şəxsin mübarizəsinə kömək edir. Sonda yorulub dayananlar da olur. Nəsimi Nəbizadəyə də köməklik olub.
Əl-qərəz, imkan verin sakit yaşayaq. Kim istifadə edir, kim etmir, əlavə dərdi-sərdi.
Həyatımıza adı olmayan problemləri əlavə etməyin.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.