Bakı. Trend:
ABB və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiarasında qurulan əməkdaşlıq və məlumat sistemlərinin inteqrasiyasınəticəsində sahibkarlar üçün aksizli malların, ilkin mərhələdətütün məmulatlarının satışı zamanı ödənişlərin ABB Biz tətbiqivasitəsilə rəqəmsal qaydada həyata keçirilməsini təmin edən yeni,rahat və innovativ mexanizm istifadəyə verilib.
Bu mexanizm aksizli mallara görə ödəniş üçün əvvəllər istifadəedilən fərqli sistemlərə keçid ehtiyacını aradan qaldırır.Sahibkarlar ABB Biz tətbiqi daxilində alınan malların adını,sayını, qiymətini və məcburi nişanlama kodlarını görərək ödənişieyni yerdən cəmi bir toxunuşla tamamlaya bilirlər.
Məlumat üçün bildirək ki, mövcud qaydalara əsasən aksizlimalların satışı zamanı malların üzərində yerləşən DataMatrix (QR)kodları satıcı və alıcı tərəfindən ayrı-ayrılıqda skan edilməli,“Təqib və İzləmə Sistemi”ndə (TİS) yerdəyişmə və qəbuləməliyyatları təsdiqlənməli, ödəniş isə ayrıca həyata keçirilməliidi. Yeni mexanizm sayəsində tütün məmulatları üzrə kodlarınyenidən skan edilməsinə ehtiyac qalmır, təkrar əməliyyatlar aradanqalxır və sahibkarların işi daha da asanlaşır.
Qeyd olunan imkan ABB Biz tətbiqi və TİS sistemlərinininteqrasiyası nəticəsində mümkün olub. Belə ki, topdansatışçıtərəfindən aksizli mallarla bağlı sifariş məlumatları daxiledildikdən sonra, sahibkara avtomatik bildiriş göndərilir vəsifariş üzrə bütün ödəniş məlumatları ABB Biz tətbiqində əksolunur. Bu məlumatlar TİS bölməsində “Ödənilməli” statusu iləgörünür.
Bildirişi alan sahibkar əlavə sistemlərə keçid etmədən, ABB Biztətbiqi daxilində cəmi bir toxunuşla ödənişi həyata keçirir. Ödəniştamamlandıqdan sonra TİS-də müvafiq əməliyyatlar avtomatik icraolunur.
Eyni zamanda, sahibkar öz kassiri, anbardarı və ya digərsəlahiyyətli nümayəndəsi üçün ABB Biz tətbiqi vasitəsilə elektronetibarnaməsini rəsmiləşdirərək, ona aksizli mallar üzrə ödənişlərinhəyata keçirilməsi səlahiyyəti verə bilər. Bu isə gündəlikəməliyyatların daha rahat təşkilinə imkan yaradır. ABB Biz aksizlimalların ödənişi üzrə sahibkarlar üçün vahid, rahat və müasir bankhəlli kimi çıxış edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internetsəhifəsi https://abb-bank.az/ ,937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindənəldə etmək mümkündür.