AZ

Qarabağa köçəcək şəxslərlə bağlı YENİ LAYİHƏ

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu əhalinin doğma torpaqlara geri qayıdışını sürətləndirmək, azad olunmuş ərazilərdə dayanıqlı icmalar formalaşdırmaq və insanların yeni yaşayış şəraitinə uyğunlaşmasını təmin etmək məqsədilə genişmiqyaslı layihə elan edib.

BAKU.WS-in fonddan əldə etiyi məlumata görə, layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində reinteqrasiya tədbirlərinin təşkili və məcburi köçkünlər üçün gəlirgətirən fəaliyyətlərin təşviqini əhatə edir.

Görüləcək işlərin ümumi dəyəri təxminən 2,8 milyon manat təşkil edir.

Məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarında bir sıra maarifləndirici və təşviqat tədbirləri keçiriləcək. Bu tədbirlər vasitəsilə məcburi köçkünlər Böyük Qayıdış proqramı, onların qarşısında açılan yeni imkanlar və dövlətin təqdim etdiyi dəstək mexanizmləri barədə ətraflı məlumatlandırılacaq.

Planlaşdırılan tədbirlərə hədəf ərazilərdə informasiya sessiyalarının təşkili, təbliğat və təşviqat görüşləri, reinteqrasiya mövzusunda seminarlar, icmaların inkişafı üçün bacarıqların artırılması üzrə təlimlər daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
baku.ws

1Mənbələr