Google bəzi süni intellekt cavablarını SİLİR
Ajans.az The Guardian-a istinadən xəbər verir ki,araşdırma zamanı ən təhlükəli nümunələrdən biri “qaraciyər qan analizləri üçün normal diapazon nə qədərdir” sorğusu ilə bağlı olub. Süni intellekt istifadəçilərə yaş, cins, etnik mənsubiyyət və digər fərdi amilləri nəzərə almadan, kontekstsiz şəkildə yalnız rəqəmlər təqdim edib ki, bu da yanlış tibbi nəticələrə səbəb ola bilər. Bunun ardınca Google qaraciyər sağlamlığı, xərçəng və ruhi sağlamlıqla bağlı bir sıra tibbi sorğular üçün süni intellekt tərəfindən yaradılan xülasə funksiyasını deaktiv edib. Lakin problem tam aradan qaldırılmayıb: məsələn, “LFT testinin istinad diapazonu” kimi sinonim sorğular daxil edildikdə həmin xülasələr yenidən görünə bilər. Şirkətin rəsmi nümayəndəsi bildirib:
“Fərdi axtarış nəticələrinin silinməsi ilə bağlı şərh vermirik. Süni intellekt xülasələrində kifayət qədər kontekst olmadıqda, genişmiqyaslı təkmilləşdirmələr aparmaq və zərurət yarandıqda siyasətimizə uyğun tədbirlər görmək üçün çalışırıq.”