AZ

Ukrayna KF41 PDM-lərinin ilk partiyasını bu ilin əvvəlində təhvil alacaq

Almaniyanın “Rheinmetall” şirkəti Ukraynanın milli müdafiəsini gücləndirmək məqsədilə bu ölkəyə “Lynx” KF41 piyada döyüş maşınları (PDM) tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, Ukrayna ilk beş ədəd “Lynx” KF41 PDM-ini 2026-cı ilin əvvəlində təhvil alacaq.

Ukraynaya təhvil veriləcək PDM-lər iki nəfərlik “Lance” döyüş qülləsi ilə təchiz ediləcək və Ukrayna Silahlı Qüvvələrinin əməliyyat tələblərinə uyğun şəkildə konfiqurasiya olunacaq. Növbəti mərhələdə əlavə partiyaların sifarişi, eləcə də Ukrayna ərazisində istehsalın təşkili nəzərdə tutulur.

Qeyd edək ki, “Lynx” KF41 PDM-lərinin tədarükü üçün müqavilə 2025-ci ilin dekabrında imzalanıb və Almaniya hökuməti tərəfindən maliyyələşdirilir.

Qeyd edək ki, Lynx KF41 piyada döyüş maşını yüksək modulluq, açıq elektron arxitektura və öz sinfində ən böyük qorunan daxili həcmə malik platforma kimi tanınır. Müasir qorunma sistemləri, yüksək hərəkət qabiliyyəti və ekipaj üçün inkişaf etmiş ergonomika Lynx KF41-i həm mövcud, həm də gələcək döyüş tapşırıqları üçün effektiv vasitəyə çevirir.

“Lynx” KF41 piyada döyüş maşınları ailəsi mövcud və gələcək tələbləri qarşılamaq üçün hazırlanıb. “Lynx” KF41 maksimum modulluq prinsipi ilə seçilir. Açıq elektron arxitekturası və öz sinfində ən böyük qorunan daxili həcmi sayəsində maşın gələcək texnologiyalar və müxtəlif tapşırıq profilləri üçün geniş inkişaf potensialı təqdim edir. Miqyaslana bilən çəki konsepsiyası, yüksək səmərəli hərəkət sistemi və müasir qorunma texnologiyaları sayəsində yüksək hərəkət qabiliyyətini maksimum təhlükəsizliklə birləşdirir. Eyni zamanda, “Lynx” heyət üçün yüksək erqonomika ilə fərqlənir ki, bu da uzunmüddətli missiyalar zamanı belə səmərəli və rahat istismarı təmin edir.

Seçilən
13
poliqon.az

1Mənbələr