"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Fransan klubunun diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin "But! Football Club" nəşri məlumat yayıb.
Liqa 2-də mübarizə aparan "Sent-Etyen"in Cəfərquliyevə 3 illik müqavilə təklif etdiyi bildirilir.
Qeyd edək ki, Elvin Cəfərquliyev bu mövsüm "Qarabağ"ın heyətindı 26 qarşılaşmada meydana çıxıb və 3 məhsuldar ötürmə edib.