Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) layihəsinə 270 milyon ABŞ dollarınadək sərmayə yatıra bilər.
"APA-Economics" xəbər verir ki, bu barədə İsrailin "The Marker" nəşri məlumat yayıb.
Məlumata görə, Azərbaycan İnvestisiya Holdinqi (AIH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama due diligence aparır.
Qeyd edilib ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir. Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub.