AZ

Trampın korteji şübhəli obyekt səbəbindən marşrutunu dəyişdi

Trampın korteji şübhəli obyekt səbəbindən marşrutunu dəyişdi

ABŞ Prezidenti Donald Trampın kortejinin Florida ştatında hava limanına gedərkən istifadə etdiyi marşrut şübhəli obyekt aşkarlandığı üçün dəyişdirilib.

Ağ Ev sözçüsü Karolin Livitt bildirib ki, Tramp Palm Bich Beynəlxalq Hava Limanına çatmazdan əvvəl həyata keçirilən təhlükəsizlik yoxlamaları zamanı şübhəli obyekt aşkarlanıb.

Obyektin nə olduğu barədə ətraflı məlumat verməyən Livitt “Daha ətraflı yoxlama aparılmalı idi və prezident kortejinin marşrutu buna uyğun dəyişdirildi” deyib.

ABŞ Gizli Xidmətinin sözçüsü Entoni Quglielmi də ikinci marşrutun tədbir məqsədli olduğunu və bu dəyişikliyin standart protokol çərçivəsində həyata keçirildiyini qeyd edib.

Bildirilir ki, Tramp Florida ştatındakı Mar-a-Lago malikanəsini yerli vaxtla 18:20-də tərk edib və normalda təxminən 10 dəqiqə çəkən hava limanına səyahət üçün şəhər daxilində dolanbaclı bir marşrut izləyib.

Yol boyunca motosikletli polis briqadalarının kortej üçün təhlükəsizlik xətti yaratdığı, bu zaman Trampa müşayiət edən avtomobillərin toqquşma riski ilə üzləşdiyi bildirilib.

Həmçinin, Air Force One təyyarəsinin hava limanında adi yerlərdən fərqli bir nöqtəyə park edildiyi və xarici işıqlarının söndürüldüyü qeyd olunub.

Seçilən
17
afn.az

1Mənbələr