Azərbaycan milli komandasının sabiq üzvü , “Xəzər Lənkəran”ın keçmiş futbolçusu Elnur Cəfərov yenidən Premyer Liqada oynaya bilər.
Sportal.az saytına verilən məlumata görə, “İmişli” Cəfərovu heyətinə qatmaq istəyir.
Premyer Liqa təmsilçisi hazırda I Liqanın lideri olan “Şəfa”da çıxış edən 28 yaşlı futbolçu üçün təklif irəli sürüb.
Amma Cəfərovun “Şəfa”da xoşbəxt olduğu üçün “İmişli”nin təklifindən imtina edəcəyi gözlənilir.
saytlarin hazirlanmasi