AZ

Trampdan İrana açıq mesaj: Sizi görmədiyiniz qüvvəmizlə vuracağıq!

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“İran ABŞ-ın hərbi və kommersiya obyektlərinə zərər verərsə, biz onlara görünməmiş hücumlar edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Əgər onlar bunu etsələr, İranı əvvəllər heç vaxt görmədikləri bir qüvvə ilə vuracağıq və buna inanmayacaqlar”  – deyə Ağ Ev rəhbəri bildirib.

Donald Tramp qeyd edib ki, onun güclü seçimləri var.

Qeyd edək ki, bundan əvvəl  İran Parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf ABŞ-a xəbərdarlıq etmişdi. “Hər hansı xarici hücum Tehranın İsrail və ABŞ-nin regional bazalarını qanuni hədəf kimi nəzərdən keçirməsinə səbəb olacaq”, – deyə o bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr