AZ

Erməni ekspertin TRIPP-ə dair sualları var

TRIPP prosesi ilə bağlı ən böyük narahatlıq Ermənistan tərəfinin peşəkarlığının yoxluğu və populizmlə dolu cinayətkar özünəinamıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Konstitusiya hüququ üzrə erməni ekspert Qohar Meloyanın "Facebook" səhifəsində yazıb.

O qeyd edib: "Ermənistan hökuməti TRIPP Marşrutu kommunikasiya layihəsinin ümumi şərtləri üzrə fəal danışıqlar aparır. Lazımi infrastrukturu inkişaf etdirmək səlahiyyəti veriləcək "TRIPP Şirkəti" - Ermənistan-Amerika birgə müəssisəsi yaradılacaq. Lakin bir çox sual yaranır: Bu şirkətin korporativ strukturu necə olacaq? Şirkətlə Ermənistan Respublikası arasında münasibətlər necə və hansı şərtlər altında tənzimlənəcək?"

Meloyan bir sıra digər suallar verir:

"Şirkət harada qeydiyyatdan keçəcək - Ermənistanda, ABŞ ştatında, yoxsa üçüncü ölkədə? Bu hüquqi şəxs yalnız Ermənistan və Amerika tərəflərinə məxsus olacaq, yoxsa üçüncü tərəf mümkündür? Baş direktorun təyinatı və vəzifədən azad edilməsi necə həll olunacaq? Bu şirkət mənfəətindən Ermənistan dövlət büdcəsinə vergi ödəyəcəkmi? Ekspert bir sıra başqa suallar da qaldırdı.


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr