AZ

Xamenei sərvətini niyə Rusiyaya daşıtdırır?

Bir neçə gün bundan öncə britaniyalı deputat, təhlükəsizlik məsələləri üzrə sabiq kiçik nazir Tom Tugendhat Rusiya təyyarələrinin Tehrana enərək, İrandan tonlarla qızıl çıxardığı barədə iddia irəli sürüb. Çox ehtimal ki, deputat kəşfiyyat məlumatlarına əsaslanaraq, bu cür iddia ilə çıxış edib. Bu iddialarda ən maraqlı isə İran rəhbərliyinin sərvətlərini hər hansı neytral ölkəyə deyil, məhz Rusiyaya yönəltməsidir. Halbuki İranın iqtisadi və siyasi əlaqələri olan digər dövlətlər də mövcuddur. Görünən odur ki, İran hakimiyyəti rejimin mümkün çöküşünə hazırlaşır və bu səbəbdən sərvətlərini Rusiyaya daşıyır.Sözsüz ki, bunun müqabilində İran rəhbərliyi Moskvadan onlara şəxsi təhülkəsizlikləri üçün zəmanət istəyib. Əslində bu, hər iki tərəf üçün məqbuldur. Çünki İran hazırda başda Qərb dövlətləri olmaqla, bir sıra ölkələrlə soyuq münasibətlər yaşayır. Bu səbəbdən İranın güvənə biləcəyi yeganə ölkə Rusiyadır. Burada həmçinin İranın Ali dini rəhbəri Seyid Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətdə olması da xüsusi önəm kəsb edir. Qeyd edək ki, bu proses Suriyada yaşanan hadisələri xatırladır. Belə ki, Suriyanın devrilmiş Prezidenti Bəşər Əsəd hakimiyyətin sonunun yaxınlaşdığını hiss etdikdə sərvətini xüsusi təyyarələrlə Moskvaya daşımış, son anda isə Rusiyaya qaçaraq canını qurtara bilmişdir. Əslində bu cür rejim rəhbərlərinin Rusiyaya üz tutmaları Kremlin də maraqlarına uyğundur. Çünki Ukrayna ilə müharibəyə görə, Rusiyaya pul hava, su kimi lazımdır və Moskva özü üçün əlavə maddi qaynaqlar tapmağa can atır. Belə bir şəraitdə isə Kreml əlinə düşmüş fürsətdən maksimum dərəcədə yararlanmağa çalışır. Çox ehtimal ki, Putin Xameneinin şəxsi təhlükəsizliyini təmin etmək müqabilində də onun şəxsi sərvətlərindən istifadə edəcək.Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr