AZ

Tramp: Tehranla danışıqlara hazırlıq işləri gedir

“İran liderləri mənə zəng edərək danışıqlar aparmaq üçün yalvardılar. Onlar danışıqlar aparmaq istəyirlər”.

Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, İran rəhbərliyinin nümayəndələri 10 yanvarda zəng ediblər.
Tramp bildirib ki, görüş təyin olunur, amma baş verənlərə görə görüşdən əvvəl hərəkətə keçə bilərik. “Görüş təşkil olunmaq üzrədir. İran zəng edib. Onlar danışıqlar aparmaq istəyirlər", - o qeyd edib.

“Reuters”in məlumatına görə, müzakirə Tehranın nüvə proqramı ilə bağlı danışıqlarla bağlı olub. 

Onu da qeyd edək ki, Tramp Vaşinqtonun İrandakı müxalifət qüvvələri ilə görüşdüyünü də bildirib.
 

Mürtəza

Seçilən
44
2
olke.az

3Mənbələr