İngiltərə Kubokunun 3-cü mərhələsində "Brayton"a 1:2 hesabı ilə uduzan "Mançester Yunayted" 44 il öncə qeydə alınan antirekordunu təkrarlayıb.
Fanat.Az-ın "Opta Sport"a istinadən məlumatına görə, "qırmızı-şeytanlar" son dəfə 1981/1982 mövsümündə həm İngiltərə Liqa Kubokunun 1-ci mərhələsində, həm də İngiltərə Kubokunda mübarizəni dayandırmışdılar.
Xatırladaq ki, MY bu mövsüm daha öncə İngiltərə Liqa Kubokunda "Qrimsbi Taun"a oyunsonrası penaltilərlə yenilərək (2:2, penaltilərlə 11:12) turniri tərk etmişdi. Bu sözügedən yarışın 2-ci mərhələsi idi və Mançester təmsilçisi məhz bu mərhələdən mübarizəyə başlamışdı.
Nihat