AZ

ABŞ-Danimarka qarşıdurması müharibəyə çevriləcək? - AÇIQLAMA

“Ağ Ev liderinin əsas istəyi ABŞ ərazisini genişləndirməkdir”.

Bunu Donald Tramp administrasiyasının Qrenlandiyanı ələ keçirmək ideyasını yenidən gündəmə gətirməsini Bakıvaxtı.az-a şərh edən deputat Rasim Musabəyov deyib.

Deputat qeyd edib ki, Tramp Qrenlandiya ərazisi buzlaqlardan ibarət olsa da, oranı almaqla ABŞ ərazisini 1-2 milyon kvadrat kilometr büyütmək niyyətindədir:

“Buna nail olarsa, deyəcək ki, ABŞ ərazisini təxminən 30 faiz artırıb. Amma orada hansısa real resurslardan söhbət getmir. Üstəlik, təhlükələrin mövcud olması, Rusiya və Çinin gəmilərinin ərazidə fırlanması da hesab edirəm ki, bir qədər uydurmadır. Bunu sübut edən faktlar ortalığa çıxarılmayıb”.

Rasim Musabəyov: ABŞ-Avropa arasında yaranacaq gərginlik NATO-nun dağılmağı deməkdir

Müsahibimiz hesab edir ki, heç bir halda ABŞ və Danimarka arasında Qrenlandiyaya görə müharibə olmayacaq. Ancaq onun dediyinə görə, münasibətlərdə çox böyük gərginliyin yaranma ehtimalı var:

“Lakin onu da unutmayaq ki, ABŞ Avropa ölkələrinə öz silah-sursatının yarısını satır. Avropa ölkələri bundan imtina edə, əlaqələr korlana bilər. ABŞ-nin bundan nəsə udub-udmayacağı bəlli deyil. Yaranacaq gərginlik isə NATO-nun dağılmağı deməkdir”.

Qeyd edək kİ, ABŞ Venesuela prezidenti Nikolas Maduronu həbs etdikdən sonra Donald Tramp administrasiyası Qrenlandiyanı ələ keçirmək ideyasını yenidən gündəmə gətirib. Ağ Ev bunun üçün ABŞ-nin hərbi gücdən istifadəni istisna etməyib.

Donald Tramp və onun administrasiyası Danimarka ərazisi olan Qrenlandiyaya ərazi iddiaları prizmasından yanaşır. Bu, NATO üçün ciddi və çıxılmaz bir dilemmadır. Alyansın lokomitivi olan ABŞ-nin öz gücündən istifadə edərək başqa bir müttəfiqin ərazisini ilhaq etməsi ehtimalı NATO üçün kabusdur.

Əgər ABŞ Qrenlandiyanı ilhaq etmək üçün hərbi gücdən istifadə edərsə, NATO-nun 5-ci maddəsi və kollektiv müdafiənin mahiyyəti öz mənasını itirəcək. Ekspertlərə görə, ABŞ-nin Qrenlandiyanı öz təhlükəsizliyi üçün nəzarətə götürmək barədə hekayələri inandırıcı məqam deyil. Çünki Danimarka 1950-ci illərdən bəri ABŞ hərbi bazasına ev sahibliyi edir.

Aydən Baxış

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr