AZ

Danimarka Trampın xüsusi elçisinə sərt cavab verib

AzVision.az xəbər verir ki, Donald Trampın xüsusi elçisi Qrenlandiyanın ABŞ-yə“düşmənçilik yox, qonaqpərvərlik” göstərməli olduğunu vurğulayıb.

“Tarix əhəmiyyətlidir. ABŞ İkinci Dünya müharibəsi zamanı Danimarka bunu edə bilməyəndə Qrenlandiyanın suverenliyini qorudu. Müharibədən sonra Danimarka BMT protokolundan yan keçərək və məhəl qoymadan adanı yenidən işğal etdi”,- Ceff Lendri “X” sosial şəbəkəsində yazıb.

Kopenhagen onun bəyanatına əlüstü cavab verib. Danimarkanın ABŞ-dəki səfiri Yesper Möller Sörensen“tarix əhəmiyyətlidirr”ifadəsi ilə razılaşsa da, adanın gələcəyini onun sakinlərinin müəyyənləşdirməli olduğunu diqqətə çatdırıb.

- Danimarka dövləti həmişə ABŞ ilə çiyin-çiyinə olub. 2001-ci il 11 sentyabr hücumlarından sonra biz ABŞ-nin çağırışına cavab verdik. Biz adambaşına düşən hər bir NATO ölkəsindən daha çox əsgər itirdik. Faktlar da vacibdir: əsrlər boyu Qrenlandiya krallığın bir hissəsi olub, ABŞ administrasiyaları, BMT və ümumilikdə beynəlxalq səviyyədə dəfələrlə tanınıb”, - Sörensen də “X” sosial şəbəkəsində cavab yerləşdirib.


Qrenlandiya neçəyədir?
Onun sözlərinə görə, qrenlandiyalıların böyük əksəriyyəti krallıq daxilində muxtariyyət yolunu seçib. Qrenlandiya parlamentindəki beş partiyanın hamısı adanın ABŞ-nin bir hissəsi kimi tanınmasına qarşı olduqlarını bir daha təsdiqləyiblər.

Diplomat Danimarka, Qrenlandiya və ABŞ-nin son 80 ildə Arktikada təhlükəsizlik məsələlərində uğurla əməkdaşlığını vurğulayaraq, tərəfdaşlıq və müttəfiqlik əsasında konstruktiv dialoqun davam etdirilməsinə çağırıb.

Xatırladaq ki, 1951-ci ilin aprelində ABŞ və Danimarka Qrenlandiyanın Müdafiəsi Müqaviləsini imzaladılar. Sazişə əsasən, Amerikanın Qrenlandiyada fəaliyyət göstərən “Pituffik” kosmik bazası digər avadanlıqlarla yanaşı, qitələrarası ballistik raket izləmə sistemi ilə də təchiz olunub.

Bu arada ABŞ-nin Qrenlandiyanı“bu və ya digər şəkildə” alacağını açıqlayan Amerika lideri Donald Tramp, əks halda adanın Rusiya və ya Çin tərəfindən ələ keçiriləcəyindən ehtiyatlandığına diqqət çəkib.

“The Telegraph” nəşrinin yazıdğına görə, Avropa İttifaqı (Aİ)Qrenlandiyanı qorumaq üçünadada NATO qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə edir. Trampın bundan imtina edəcəyi təqdirdə, Aİ “Google” və “Microsoft” daxil olmaqla, Amerika İT nəhənglərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bununla belə, “Politico” nəşri Avropa İttifaqının (Aİ) Qrenlandiyanın statusu ilə bağlıABŞ ilə sövdələməyə gedə biləcəyini istisna etmir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
29
1
azvision.az

2Mənbələr