AZ

NİİM-dən diqqətsizlik səbəbindən baş verən qəzalarla bağlı sürücülərə MÜRACİƏT (VİDEO)

Bakı.Trend:

Müşahidə kameralarının əhatə dairəsində qeydə alınan qəzalarıntəhlili göstərir ki, Bakıda sürücü diqqətsizliyi səbəbindən başverən yol-nəqliyyat hadisələrinin sayı az deyil. Sürücülərbilməlidirlər ki, hərəkət zamanı istənilən nəqliyyat vasitəsindətexniki nasazlıq yarana və bu, avtomobilin məcburi şəkildə yolunhərəkət hissəsində dayanmasına səbəb ola bilər.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.

Bildirilir ki, belə hallarda digər sürücülərin diqqətinin yoldaolmaması, sükan arxasında mobil telefon və ya digər diqqətyayındıran vasitələrdən istifadə etməsi sürətin vaxtındaazaldılmamasına və nəticədə qəzanın baş verməsinə gətirib çıxarır.Xüsusilə hərəkətin intensiv olduğu küçə və prospektlərdə bu cürhadisələr ölüm və xəsarət halları, nəqliyyat vasitələrinə ciddizərər dəyməsi və süni nəqliyyat sıxlıqları ilə nəticələnir.

Aeroport şosesində baş verən bu qəza səbəbindən də “Koroğlu”metro stansiyası, mərkəz istiqamətində yaranan nəqliyyat sıxlığıyol polisi əməkdaşlarının operativ müdaxiləsindən sonra aradanqaldırılıb.

Qeyd olunanları nəzərə alaraq, DİN-in Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzi sürücüləri yollarda daha diqqətli olmağa, düzgünara məsafəsi saxlamağa, sükan arxasında diqqəti yayındıranvasitələrdən istifadə etməməyə və məsuliyyətli davranmağaçağırır.

Seçilən
25
23
az.trend.az

10Mənbələr