ABŞ prezidenti neft şirkətini ölkədəki əməliyyatlardan kənarda saxlaya biləcəyini bildirib...
ABŞ prezidenti Donald Tramp neft şirkəti Exxon-un Venesuelada fəaliyyətinə icazə verməyə biləcəyini açıqlayıb.
Poliqon xəbər verir ki, bu barədə o, böyük neft şirkətlərinin rəhbərləri ilə görüşdən sonra keçirdiyi brifinqdə danışıb, məlumat RİA Novosti tərəfindən yayımlanıb.
Görüşdə təxminən 20 iri neft şirkətinin, o cümlədən Chevron, Exxon, Shell və ConocoPhillips-in rəhbərləri iştirak edib. Tramp jurnalistlərə bildirib ki, Exxon-un verdiyi cavab onu qane etməyib.
“Exxon-la bağlı, onların cavabı mənə xoş gəlmədi… Mən Exxon-u Venesueladan kənarda saxlamağı düşünürəm”, deyə Tramp bildirib.
Ekspertlər bildirirlər ki, ABŞ prezidenti tərəfindən səsləndirilən bu açıqlama Venesueladakı neft bazarında ABŞ-nin maraqlarını qorumaq və şirkətlər üzərində təzyiq mexanizmi yaratmaq məqsədi daşıyır. Analitiklər, Trampın bu hədəsinin həm şirkətlərin qərarlarına təsir göstərə biləcəyini, həm də Venesueladakı neft resurslarının ABŞ-ın nəzarətində saxlanması strategiyasının bir hissəsi olduğunu qeyd edirlər.
Poliqon.info