AZ

Ötən il Azərbaycanda 6 milyon tondan çox neft emal olunub

2025-ci ildə Azərbaycanda 6,2 milyon ton neft emal edilib.

Bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri eyni qalıb.

Xatırladaq ki, 2024-cü ildə də ölkədə neftin emalı 6,2 milyon ton təşkil edib.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Seçilən
12
banco.az

1Mənbələr