AZ

İranın XİN rəhbəri etirazlarla bağlı xarici ölkələrin səfirləri ilə təcili görüş keçirib

İranın xarici işlər naziri Abbas Əraqçı ölkədə davam edən genişmiqyaslı etirazlar fonunda Tehranda xarici ölkələrin səfirləri ilə görüş keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Əraqçı ötən ilin dekabr ayının sonlarında baş verən aksiyalarla bağlı reallıqla ziddiyyət təşkil edən açıqlama verib.

Nazir iddia edib ki, 28–30 dekabr tarixlərində baş verən etirazlar əsasən sahibkarlar və iş adamları tərəfindən təşkil olunub və tamamilə dinc xarakter daşıyıb.

Əraqçının sözlərinə görə, bu üç gün ərzində etirazlar mərhələli şəkildə azalıb:

“Birinci mərhələdə nümayişlərin intensivliyi düşüb, ikinci mərhələdə hökumətlə dialoq qurulub, üçüncü gün isə aksiyalar demək olar ki, tamamilə sona çatıb”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
31
missiya.az

1Mənbələr