Şəbnəm Tovuzlu doğum günündə 173 min manat pul yığıb.
“Yeni Sabah” xəbər verib ki, ifaçı bu barədə “Rəngarəng” verilişində danışıb.
Müğənni doğum gününə 60 minə yaxın pul xərclədiyini bildirib:
“Ən çox pul yazdıran şəxs 10 min manat yazdırıb. Sənət dostlarım təxminən 2-3 min civarında pul veriblər. Ən çox pul yazdıran isə Tacir Şahmalıoğlu, Ədalət Şükürov və Könül Kərimova olub. 10 mini yazdıran isə sənət aləmindən olan biri deyildi”.
O, 1 milyon manata villa tikdirdiyini də bildirib.
Aydan Hacı
Telegram kanalımız