Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, NATO Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı hər hansı bir narahatlığı aradan qaldırmağa qadirdir.
Kallas Almaniyanın “Welt” nəşrinə verdiyi müsahibədə vurğulayıb: “Qrenlandiya öz vətəndaşlarına məxsusdur. Adanın təhlükəsizliyi ilə bağlı narahatlıqlar varsa, NATO onları aradan qaldırmağa qadirdir”.
O, adanın strateji əhəmiyyətini vurğulayaraq, sualtı kabellərin Qrenlandiya yaxınlığından çəkildiyini və nadir torpaq elementlərinin buzun altında olduğunu qeyd edib.
Kallas həmçinin ABŞ-ın Aİ-nin ən böyük müttəfiqi olaraq qaldığını, lakin tərəfdaşlığın “çətin mərhələdə” olduğunu etiraf edib.
P.ƏMİRCANOV
XQ