AZ

“İran xalqı ayətullahı istəmir” - Amerikalı senator

Amerikalı senator Lindsi Qrem Tehran hakimiyyətinin öz xalqına qarşı tətbiq etdiyi siyasəti sərt şəkildə pisləyib.

Missiya.Az xəbər verir ki, siyasətçi bunu “Fox News” telekanalına müsahibəsində deyib.

Qrem bildirib ki, İranda yeniyetmə qızlar sadəcə saçlarını hakimiyyətin tələb etdiyi qaydada örtmədiklərinə görə avtobuslardan sürüklənə, hətta həyatlarını itirə bilərlər.

Senator bu cür halları qəddar repressiya və insan haqlarının açıq şəkildə pozulması kimi qiymətləndirib.

Qrem qeyd edib ki, İran cəmiyyətində artıq Ayətullah rejiminə qarşı ciddi narazılıq mövcuddur və xalq mövcud rəhbərliyin hakimiyyətdə qalmasını istəmir.

Siyasətçi həmçinin əlavə edib ki, o, iranlıların ayətullahın liderlikdən uzaqlaşdırılması istiqamətində göstərdikləri səyləri dəstəkləyir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr