Bakı. Trend:
2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasiledilib.
TrendEnergetika Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü illəmüqayisədə 1,2 milyard kubmetr və ya 2,4% çoxdur.
Məlumata əsasən, hasilatın 14,1 milyard kubmetri“Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isəSOCAR-ın payına düşüb.
2024-cü illə müqayisədə ötən il “Azəri-Çıraq-Günəşli” üzrəhasilat 0,8 milyard kubmetr (6%), “Şahdəniz” üzrə 0,1 milyardkubmetr (0,4%), “Abşeron” yatağı üzrə 0,1 milyard kubmetr və ya(6,7%) artıb. Hesabat ili ərzində SOCAR-ın qaz hasilatı payı isə20240-cü illə müqayisədə 0,2 milyard kubmetr və ya (2,6%)artıb.