Yeni il tətili zamanı Hindistanın şərqində bir fil bir ailənin dörd üzvü də daxil olmaqla ən azı 17 nəfəri öldürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Carxand ştatında qeydə alınıb.
Belə ki, yanvarın əvvəlindən bəri ştatının Qərbi Sinqhbhum rayonunda bir sıra ölümcül hücumlar baş verib. Gənc erkək fil bir neçə gün ərzində insanlara hücum edib. Ölənlər arasında bir uşaq və dörd nəfərlik ailə də var. Məlumata görə, filin hücumunda bir kişinin başı bədənindən ayrılıb.
Şahidlər heyvanın ən çox gecə, insanlar yatarkən hücum etdiyini bildiriblər.
Meşə təsərrüfatı rəsmiləri hələlik fili tapa bilməyiblər. Əməliyyata ölkənin hər yerindən dövlət və müstəqil qurumlar cəlb olunub. Heyvan tapıldıqdan sonra onun evtanaziya edilməsi planlaşdırılır.
Seymur Əli